İmamoğlu hakim qarşısında - FOTO

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sabiq sədri Əkrəm İmamoğlunun İstanbul Respublika Baş prokuroru Akın Gürlek və ailəsini qarşı təhdid və təhqir ittihamları ilə bağlı bu gün ilk məhkəmə iclası keçirilib.
TNS xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
İmamoğlu barəsində irəli sürülən ittihamları rədd edib: “Mənə baxan türk bayrağını, mənə baxan Mustafa Kamal Atatürkü görür. Məni terrorla bir araya gətirmək absurddur. Ayıbdır, yazıqdır, günahdır. Üç ittihamla bağlı fikrim aydındır. Əlbəttə, mən özümü ali türk məhkəməsinə etibar edirəm. Düşünmək belə istəmirəm ki, istintaq prosesi düzgün aparılmayıb, ifadələr araşdırılmayıb, pis niyyətlə yazılmayıb, amma baş verənlər anlaşılan deyil. Üç ittihamın heç birini qəbul etmirəm”.
Məhkəmə iyunun 16-na təxirə salınıb.