Türkiyə Prezidenti PKK lideri ilə görüşən heyəti qəbul edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM Partiya) Van bölgəsi və İstanbul üzrə millət vəkillərini qəbul edib.
TNS xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, Prezident İqamətgahında Ərdoğanla millət vəkilləri Pervin Buldan və Sırrı Süreyya Öndər arasında görüş keçirilir.
Məlumata görə, görüşdə "Terrorsuz Türkiyə" məqsədinə nail olmaqla bağlı prosesin dəyərləndirilməsi gözlənilir.
Qəbulda Ədalət və İnkişaf Partiysının (AK Partiya) sədr müavini Efkan Ala və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın da iştirak edir.
Qeyd edək ki, bir müddət əvvəl PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalan tərəfdarlarına çağırış edib. Öcalanın adından yayılan yazılı müraciətdə “Silahı yerə qoyun!” çağırışı yer alıb.
Xatırladaq ki, PKK lideri Abdullah Öcalan 26 ildir İmralı həbsxanasında saxlanılır. O, 1999-cu il fevralında Milli Kəşfiyyat Təşkilatının əməliyyatı nəticəsində Keniyada saxlanılıb və Türkiyəyə gətirilib. O, ölüm cəzasına məhkum edilsə də, hökm sonradan ömürlük həbs cəzası ilə əvəzlənib.