Türkiyənin Suriyada hər hansı bir ölkə ilə qarşıdurma yaratmaq niyyəti yoxdur
10
22:20 - 09 Aprel 2025

“Türkiyənin Suriyada İsrail və ya hər hansı bir ölkə ilə qarşıdurma yaratmaq niyyəti yoxdur.”
TNS xəbər verir ki, bunu Türkiyənin XİN rəhbəri Hakan Fidan “CNN Türk”ə müsahibəsində deyib.
O qeyd edib ki, ölkəsi Suriya ilə təhlükəsizlik məsələləri ilə bağlı əməkdaşlığa açıqdır. Nazir Fidan, həmçinin Türkiyənin Suriyada yenidən qeyri sabitliyin yaradılmasına icazə verməyəcəklərini də vurğulayıb.