Ana qızını vəhşicəsinə öldürdü, sonra biləklərini kəsərək intihar görüntüsü yaratdı
37
13:36 - 09 Aprel 2025

Samsunda Sultan Günaydın adlı qadın mübahisə etdiyi qızını boğaraq, boynunu sındıraraq öldürüb. Daha sonra hadisəni intihara bənzətmək üçün qızın biləklərini kəsib.
TNS Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə gecə saatlarında Atakum rayonu ərazisində baş verib.
112 Təcili Zəng Mərkəzinə intihar hadisəsi ilə bağlı məlumat verən qadının yalanı meyitin yarılmasından sonra üzə çıxıb. Sultan Günaydın polislər tərəfindən saxlanılıb.