Partiya sədri həbs oluna bilər - FOTO
25
22:20 - 08 Aprel 2025

Türkiyənin "Zafer" partiyasının sədri Ümit Özdağa qarşı ittiham aktı hazırlanıb.
TNS "Haber Global" telekanalına istinadla xəbər verir ki, İstanbul Baş Prokurorluğu ona qarşı xalqı kin və düşmənçiliyə təhrik etmək ittihamını irəli sürüb.
Ü.Özdağın bir il 10 ay 15 gündən yeddi il 10 ay 15 günə qədər həbs edilməsi istənilir.
Qeyd edək ki, saxlanılmış partiya sədri 78 gündür həbsdədir.
Xatırladaq ki, Ü.Özdağ 2025-ci il yanvarın 19-da partiyasının iclasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ünvanına söylədiyi sözlər səbəbindən barəsində təhqiqat başlamışdı.