Palandöken İqtisadi Forumu bu şəhərdə keçiriləcək

Türkiyənin şərqində yerləşən Erzurum vilayəti 2025-ci ilin İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Turizm Paytaxtı olaraq təyin edilib.
TNS xəbər verir ki, aprelin və 26-27-də Palandöken İqtisadi Forumuna ev sahibliyi edəcək.
“Ağıllı dünyada ədalətli gələcək: Ağıllı iqtisadiyyatlar və qlobal bərabərsizlik” mövzusundakı forum dövlət rəsmilərini, alimləri, iş adamlarını bir araya gətirəcək.
Tədbirdə iqtisadiyyatda rəqəmsal transformasiyanın təsiri, xüsusilə süni intellektin rolu müzakirə olunacaq.
Forumda İƏT ölkələrindən, İsveçrə, Fransa, Böyük Britaniya, ABŞ və Birləşmiş Ərəb Əmirliklərindən olan mütəxəssislər iştirak edəcəklər.
Qeyd edək ki, Erzurum şəhəri ölkənin əsas qış turizmi məkanlarından biri olan Palandöken dağının ətrafında yerləşir. Bu şəhər yalnız qış turizmi ilə deyil, həm də zəngin təbii və tarixi məkanları ilə bütün mövsümlərdə ziyarətçilərin diqqətini çəkir. Xüsusilə yaxınlaşan yaz ayları, şəhəri kəşf etmək və onun unikal tarixi, mədəni və təbii möcüzələrində gəzinti etmək üçün ideal bir vaxtdır.
“Anadoluya açılan qapı” adlandırılan Erzurum qədim İpək Yolu üzərində yerləşir və əsrlər boyu yaşayış məskəni olub.