54 nəfərin olduğu avtobus qəzaya uğradı: çox sayda yaralılar var
262
12:20 - 06 Aprel 2025

Türkiyənin şimalındakı Çorum şəhərində içərisində 54 nəfərin olduğu avtobus qəzaya uğrayıb.
TNS xəbər verir ki, bu barədə Türkiyə mətbuatı agentliyi məlumat yayıb.
“Adana Qızıl Portağal Çiçəyi Festivalından qayıdan şəxsləri daşıyan avtobus Yozqat - Çorum yolunda Elicek kəndi yaxınlığında yoldan çıxaraq yol kənarındakı torpaq əraziyə çırpılıb”, – məlumatda qeyd olunub.
Hadisə nəticəsində 23 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.