Ağır qəza baş verdi: 5 nəfər öldü
134
11:43 - 06 Aprel 2025

Türkiyənin şimalında iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində beş nəfər ölüb.
TNS xəbər verir ki, bu barədə İHA məlumat yayıb.
“Samsunda iki avtomobilin toqquşduğu dəhşətli qəzada 5 nəfər həyatını itirib”, – məlumatda bildirilib. Qəzanın yerli vaxtla aprelin 5-də 23:00-da (Bakı vaxtı ilə 00:00 – red.) şəhərin Çarşamba rayonunda baş verdiyi qeyd olunub.
“Samsundan Ordu şəhəri istiqamətində gedən avtomobil sürücünün idarəetməsini itirməsi nəticəsində qarşı zolağa keçərək avtomobillə toqquşub”, – agentlik nəql edib.