Close

Küçədə atışma oldu: ölənlər və yaralananlar var

Türkiyənin şimal-qərbində silahlı insidentdə azı beş nəfər ölüb, bir o qədər də yaralanıb.

TNS “Habertürk”ə istinadən xəbər verir ki, bu barədə "Anadolu" məlumat yayıb.

“Sakaryanın Serdivan rayonunda qonşu iki ailə arasında mübahisə yaranıb. Mübahisənin böyüməsi nəticəsində hər iki tərəf bir-birinə tapança ilə atəş açıb. Silahlı dava zamanı beş nəfər ölüb, beş nəfər yaralanıb”, – məlumatda bildirilib. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Faktla bağlı dörd nəfər saxlanılıb. Dörd tapança maddi sübut kimi götürülüb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.