Ağır yol qəzası oldu, ölənlər və yaralananlar var
725
18:42 - 01 Aprel 2025

Türkiyənin Kastamonu şəhərində ağır yol qəzası baş verib.
TNS “Habertürk”ə istinadən xəbər verir ki, hadisə Küre rayonunda qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində üç nəfər ölüb, dörd nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdiriblər.
Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.