Türkiyə və Fransa prezidentləri arasında telefon danışığı oldu
15
19:20 - 31 Mart 2025

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.
TNS xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən bildirilib.
Qeyd olunub ki, Makron həmkarını Ramazan bayramı münasibətilə təbrik edib.
O, Ramazan bayramının bütün İslam dünyası üçün uğurlu olmasını arzulayıb.