Səhnədə huşunu itirdi, xəstəxanada öldü - VİDEO
166
09:47 - 31 Mart 2025

Türkiyənin məşhur müğənnisi Volkan Konak Kıbrısda konsert zamanı səhnədə huşunu itirib.
TNS xəbər verir ki, müğənniyə səhnədə ilkin tibbi yardım göstərilib.
Konserti yarımçıq qalan Konak xəstəxanaya yerləşdirilib.
Mağusa dövlət xəstəxanasına çatdırılan Volkan Konakın həyatını xilas etmək mümkün olmayıb.