Ərdoğan: "Cənub sərhədlərimizdə qeyri-sabitlik istəyənlərin fərqindəyik"
9
12:00 - 30 Mart 2025

Türkiyə cənub sərhədlərində qeyri- sabitliyi davam etdirmək istəyənlərin fərqindədir.
TNS NTV-yə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ramazan bayramı münasibətilə təbrikində deyib.
O bildirib ki, Türkiyə Suriyada baş verənləri yaxından izləyir: “Lazımi tədbirləri görürük. Suriyanın ərazi bütövlüyünü və milli birliyini pozmaq istəyənlərin fərqindəyik. Belə addımlara imkan verməyəcəyik”.