Zavodda partlayış oldu, ölən və yaralananlar var
484
13:54 - 29 Mart 2025

İzmirin Aliağa bölgəsində neft və kimya zavodunda partlayış baş verib.
TNS “TRTHaber”ə istinadən xəbər verir ki, hadisə nəticəsində zavodda işləyən 1 fəhlə ölüb, 4 fəhlə isə ağır yaralanıb.
Partlayış nəticəsində yanğın baş verib. Hadisə yerinə yanğınsöndürmə və xilasetmə briqadaları cəlb edilib, yanğın qısa müddətdə söndürülüb.