Close

Paytaxtda ağır qəza: 6 ölü - FOTO

Türkiyənin paytaxtı Ankara şəhərinin Haymana rayonunda iki avtomobilin toqquşması nəticəsində 6 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

TNS yerli mətbuata istinadən xəbər verir ki, hadisə Haymana-Konya avtomobil yolund qeydə alınıb.

Hadisə eyni istiqamətdə hərəkət edən avtomobillərdən birinin digərini ötməyə çalışarkən sürücünün idarəetməni itirməsi səbəbindən baş verib.