Close

Ədliyyə naziri beynəlxalq media qurumlarına çağırış etdi

İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı araşdırmalar tamamilə müstəqil məhkəmə orqanları tərəfindən aparılır.

TNS xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Yılmaz Tunç Beynəlxalq Mətbuat Təşkilatlarının Məlumat Yığıncağında İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan istintaq və bu çərçivədə edilən həbslərdən danışarkən deyib.

Nazirin sözlərinə görə, bəzi dairələr, sənədlərin təfərrüatlarını bilmədən məhkəmə istintaqı ilə bağlı məlumatları siyasi motivli araşdırma kimi qələmə verməyə və bunu ölkə prezidenti ilə əlaqələndirməyə çalışırlar.

“Məhkəmə proseslərinə müdaxilə demokratiyanın təməl dəyərlərindən biri olan qanunun aliliyinə ziddir. Təəssüf ki, son vaxtlar beynəlxalq media tərəfindən verilən bəzi bəyanatlarda bu əsas prinsipə məhəl qoyulmadığını görürük. Biz Türkiyəyə qarşı qərəzli və ikili standartları qətiyyən qəbul etmirik”,- Yılmaz Tunc  bildirib.

Ədliyyə naziri belə bəyanatlar verən ölkələrdə bir çox siyasətçi və dövlət məmurunun istintaqa cəlb olunduğunu və mühakimə edildiyini də xatırladıb.