Close

Tramp Türkiyə və Ərdoğanı təriflədi

ABŞ Prezidenti Donald Tramp Türkiyəni və ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğanı tərifləyib.

TNS Publika.az-a istinadla xəbər verir ki, Tramp ABŞ-ın Ankaradakı səfirliyinə namizədliyini irəli sürdüyü 77 yaşlı milyarder Tomas Barakın Ağ Evdə qəbulu zamanı Türkiyə ilə bağlı fikirlər səsləndirib.

Barak Türkiyəni ən qədim sivilizasiyalardan biri adlandırıb.

Donald Tramp da Barakın sözlərinə cavab olaraq, “Yaxşı ölkədir, lideri də yaxşıdır”, - deyib.

Qeyd edək ki, Tom Barak və Donald Tramp arasında illərdir dostluq münasibətləri var.