Xəstəxanada yanğın: xəstələr təxliyə edildi
244
15:01 - 26 Mart 2025

Türkiyənin Antalya şəhərində Ege Universitetinin xəstəxanasında yanğın baş verib.
TNS xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Bildirilib ki, Yeniyetmə və uşaq şöbəsində başlayan yanğın səbəbindən xəstəxananı tüstü bürüyüb.
Yanğınsöndürənlər hadisə yerinə gələrək yanğına müdaxilə ediblər.
Əvvəlcə təcili yardım otağı, daha sonra isə 200 çarpayılıq B blokunda olan xəstələr təxliyə ediliblər.
Xəsarət alan olmayıb.