Close

Türkiyənin vitse-prezidentindən terrorçulara ÇAĞIRIŞ

Terrorçular üçün ən optimal yol təslim olmaq və silahı yerə qoymaqdır.

TNS xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz “Habertürk”ün efirində PKK-YPG terrorçularına çağırış edərkən deyib.

C.Yılmaz bildirib ki, onlar toplantı keçirməli və müvafiq qərar qəbul etməlidirlər.

O, konkret tarix açıqlamasa da, terrorçuların ən qısa zamanda özlərini ləğv etmələri barədə qərarın ən düzgün seçim olduğunu qeyd edib.