Partiya rəsmisi yol qəzasında öldü - FOTO
117
17:20 - 25 Mart 2025

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) Bolu əyaləti Gerede rayon təşkilatının sədri Mehmet Çongar yol qəzasında ölüb.
TNS xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.
Bildirilib ki, AK Parti rayon təşkilatının sədrinin idarə etdiyi avtomobil Koroğlu stansiyasının yaxınlığında TIR-a arxadan çırpılıb.
Onun üçün Gerede Yeni Cameədə dəfn mərasimi təşkil edilib. Mərasimə əyalət valisi, Boludan olan millət vəkili, rəsmilər qatılıb.