İstanbulda atışma, Azərbaycan vətəndaşı yaralandı
8
09:28 - 25 Mart 2025

Türkiyədə ötən gün gecə saatlarında atışma baş verib.
TNS xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Bildirilib ki, hadisə İstanbulda restoranlardan birində qeydə alınıb.
İki nəfər restoranda oturan insanlara atəş açmağa başlayıb. Nəticədə 3 nəfər yaralanıb. Yaralananlardan biri Azərbaycan vətəndaşıdır.