Ərdoğan: "Rusiyanın 30 günlük atəskəs təklifi ilə razılaşmasını müsbət qiymətləndiririk"
11
19:12 - 24 Mart 2025

Türkiyə Rusiyanın ABŞ-nin 30 günlük atəskəs təklifi ilə qismən razılaşmasını müsbət qiymətləndirir.
TNS xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.
O bildirib ki, bu, sülhə gedən yolda mühüm addım ola bilər.
Ərdoğan həmçinin qeyd edib ki, Türkiyə müharibənin ilk günündən etibarən tərəflər arasında balanslı davranır: “Ədalətli sülhün yaxın zamanda təmin olunmasına ümid edirik”.