Close

12:58
25 Mart 2025

Əkrəm İmamoğlu vəzifəsindən uzaqlaşdırıldı

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu, Şişli bələdiyyə sədri Resul Emrah Şahan və Beylikdüzü bələdiyyə sədri Mehmet Murat Çalık vəzifələrindən uzaqlaşdırılıblar.

TNS haberler.com-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Əkrəm İmamoğlu ilə birlikdə daha 51 şübhəli Silivridəki Marmara həbsxanasına göndərilib.