Close

22:30
21 Mart 2025

Son 15 ilin ən çox izlənəni oldu

Türkiyənin maraqla izlənilən “Uzaq şəhər” serialı reytinqləri alt-üst etməyə davam edir.

TNS-in məlumatına görə, serial 18-ci bölümü ilə “Kanal D”nin son 15 ildə ən yüksək reytinqini qazanıb.

Maraqlı süjet xətti və güclü aktyor heyəti ilə diqqət çəkən serialın son bölümündə Cihan və Alya arasındakı gərgin münasibət, Məryəm sirrinin açılması və sürpriz hadisələr sosial mediada geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, baş rollarını Ozan Akbaba (Cihan) və Sinəm Ünsalın (Alya) canlandırdığı “Uzaq şəhər” Livan serialı“Al Haybe”nin əsasında çəkilib. Serial yayımlandığı ilk gündən izləyicilərin marağını cəlb edib. Hər həftə reytinq sıralamalarında birinci olan serial Türkiyə ilə yanaşı, Azərbaycanda da böyük maraqla izlənilir.