Close

22:30
21 Mart 2025

CHP fövqəladə qurultay keçirəcək

Türkiyədə ana müxalifət partiyası fövqəladə qurultay keçirəcək.

TNS xəbər verir ki, bunu Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özəl bildirib.

Özgür Özəl partiyaya qəyyum təyin edilməməsi üçün aprelin 6-da növbədənkənar qurultay keçirəcəklərini bildirib.

Qeyd edək ki, hüquq-mühafizə orqanları CHP-nin son qurultayının iştirakçılarına pul paylanması yönündə iddiaları araşdırır.