Nazir İmamoğlunun saxlanılmasından danışdı

İmamoğlu da daxil olmaqla, 106 şübhəli barəsində saxlanılma qərarı verilib.
TNS xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun saxlanılması ilə bağlı açıqlamasında deyib.
Onun sözlərinə görə, aparılan iki araşdırma nəticəsində 106 nəfər saxlanılıb: "Onlar terror təşkilatına müştərək şəkildə yardım etməkdə təqsirləndirilir. Tərəfsiz və müstəqil şəkildə aparılan istintaqı fərqli istiqamətlərə yönəltmək, “dövlət çevrilişi” kimi ifadələrlə təsvir etmək son dərəcə təhlükəli və yanlışdır”.
Türkiyənin ədliyyə naziri qeyd edib ki, istintaq orqanlarının başlatdığı araşdırmaları və məhkəmə proseslərini Türkiyə Prezidentinin adı ilə əlaqələndirmək qəbuledilməzdir.
Yılmaz Tunç deyib ki, ədalətin hərtərəfli təminatı üçün araşdırma prosesini sükutla izləmək, veriləcək qərara hörmətlə yanaşmaq lazımdır.
Nazir küçələrə çıxmaqla bağlı çağırışı qəbuledilməz adlandırıb.