Close

İmamoğlu neçə müddət həbsdə qalacaq?

İstanbulun saxlanılan meri Əkrəm İmamoğlu dörd gün həbsdə qalacaq.

TNS xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, Ə. İmamoğlu və onunla birlikdə saxlanılan şəxslər dörd gün ərzində polis nəzarətində qalacaqlar.

Xatırladaq ki, bu gün İstanbul Baş Prokurorluğu İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlu, İBB baş katibinin müavini Mahir Polat, bələdiyyənin mətbuat katibi Murat Ongun və Şişli bələdiyyəsinin sədri Rəsul Emrah Şahan da daxil olmaqla, 7 şübhəli haqqında “PKK/KCK terror təşkilatına yardım etmək” ittihamı ilə həbs qətimkan qərarı verib.