İmamoğlu ilə birgə saxlanılanlar arasında məşhur iş adamları da var

Bu gün səhər saatlarında İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlu ilə birlikdə aralarında jurnalistlər və iş adamlarının da olduğu 100-ə yaxın şəxs saxlanılıb.
TNS Türkiyə mediasına istinadən xəbər verir ki, sözügedən əməliyyatın Medya A.Ş-dəki tenderlər və şəhər konsensusu ilə əlaqəli olduğu iddia edilir.
İstintaq çərçivəsində saxlanılanlar arasında sənətçi və iş adamı Ercan Saatçı, iş adamları Murat İlbak, Yusus İlbak, Ali İlbak, Adem Soytekin, Necati Özcan, Tuncay Yılmaz, Fatih Keleş və Emrah Bağdatlı, Ali Gül, Muhittin Palazoğlu, Əhməd Palazoğlu da var.