4 günlük qadağa tətbiq edildi
16
10:57 - 19 Mart 2025

İstanbulda 4 günlük qadağa tətbiq edilib.
TNS xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, İstanbul Valiliyi şəhər boyu ictimai asayişin qorunması və baş verə biləcək hər hansı təxribat xarakterli hərəkətlərin qarşısının alınması məqsədilə 19-23 mart tarixləri arasında 4 gün müddətinə hər cür yığıncaq, nümayiş və mətbuat açıqlamalarının qadağan edildiyini bildirib.