Close

Sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun saxlanılmasından sonra Türkiyədə"X", "YouTube", "TikTok" və "Instagram" kimi sosial şəbəkələrə giriş məhdudlaşdırılıb.

TNS xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Xatırladaq ki, bu gün səhər saatlarında İstanbul Böyük Şəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlu və mətbuat katibi Murad Ongun saxlanılıb.