Close

Əkrəm İmamoğlu saxlanıldı

İstanbul Baş Prokurorluğu İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlu, İBB baş katibinin müavini Mahir Polat, bələdiyyənin mətbuat katibi Murat Ongun və Şişli bələdiyyəsinin sədri Rəsul Emrah Şahan da daxil olmaqla, 7 şübhəli haqqında “PKK/KCK terror təşkilatına yardım etmək” ittihamı ilə həbs qətimkan qərarı verib.

TNS xəbər verir ki, onlar barəsində terrora dəstək, korrupsiya və rüşvət ittihamları üzrə cinayət işi başlanıb.

İstanbul Baş Prokurorluğundan verilən açıqlamada həmin şəxslərin terror təşkilatının liderləri Cəmil Bayık və Mustafa Karasu ilə 2020-ci il martında razılığa gəldikləri, onlarla əlbir olduqları bildirilib.