Close

“Müstəqillik və suverenlik qırmızı xəttimizdir"

 “Federasiya kitabı bağlandı, biz suveren bərabərlik əsasında iki dövlətli həll modelimizlə irəliləyirik”.

TNS xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) Prezidenti Ersin Tatar Cenevrə Sammiti öncəsi Türkiyənin “Ulusal” televiziya kanalına verdiyi müsahibəsində bildirib. Sammitin əhəmiyyətini vurğulayan Prezident Kipr adasında iki dövlətli həll təklifi barədə danışıb.

Prezident Ersin Tatar BMT tərəfindən edilən qiymətləndirmələrdə Kipr məsələsində ortaq nöqtənin olmadığının qeyd edildiyini, Türkiyə Xarici İşlər Nazirliyinin də bu vəziyyəti təsdiqlədiyini bildirib: “İndi vəziyyət dəyişib, federasiya məsələsi bitdi. Biz suveren bərabərlik əsasında iki dövlətli həll modelimizlə irəliləyirik”.

Türkiyənin Şimali Kiprin milli siyasətinə verdiyi dəstəyin əhəmiyyətinə toxunan E.Tatar, son illərdə əldə edilən ən böyük uğurun Türkiyə ilə KKTC arasında qurulan güclü əlaqələr olduğunu bildirib.

 Şimali Kipr Prezidenti müsahibəsində vurğulayıb ki, müstəqillik və suverenlik bizim qırmızı xəttimizdir.