Close

4 vilayətdə əməliyyat keçirildi: 79 nəfər saxlanıldı

Türliyənin Ankara, İstanbul, Adana və Van vilayətlərində 4 ayrı mütəşəkkil cinayət qrupuna qarşı əməliyyat keçirilib.

TNS TRT Haber-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında bildirib.

Keçirilən əməliyyatlar nəticəsində 79 şübhəli yaxalanıb.

"Xalqımızın sülh və təhlükəsizliyini təmin etmək üçün cinayət və cinayətkarlarla mübarizəmizi qətiyyətlə davam etdiririk",- nazir qeyd edib.