Hakan Fidan: "Türkiyə Rusiya-Ukrayna danışıqlarına ev sahibliyi etmək istəyir"
6
23:50 - 14 Mart 2025

Türkiyə Rusiya-Ukrayna danışıqlarına ev sahibliyi etmək istəyir.
TNS xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “TV1000” telekanalına müsahibəsində deyib.
O bildirib ki, bu barədə təkliflər tərəflərə göndərilib: “Biz bütün formalarda prosesə töhfə vermək istəyirik”.
H.Fidan, həmçinin qeyd edib ki, yaxın vaxtda tərəflər arasında atəşkəsin əldə olunması və sonra bunu sülhə çevrilməsi mümkündür: “Amma mümkün sülhün davamlı olmaması ehtimalı da var”.