Türkiyənin vaxtilə dediklərini indi ABŞ deyir
5
23:20 - 14 Mart 2025

Rusiya- Ukrayna müharibəsi ilə bağlı vaxtı ilə Türkiyənin dediklərini indi ABŞ deyir.
TNS xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “TV1000” telekanalına müsahibəsində deyib.
O bildirib ki, Rusiya-Ukrayna müharibəsinin bitməsi məsələsi ilə bağlı dünyada qütbləşmə var: "Savaşın başlanması qütbləşmə yaratmışdı. İndi müharibənin bitməsi məsələsi də dostları qarşı-qarşıya qoyur. Yəni müharibənin əhatə dairəsi bu qədər genişdir".