Close

Şimali Kipr təmsilciləri TDT-nın Koordinasiya Komitəsinin toplantısında

Şimali Kipr Türk Cümhuriyyəti (KKTC) İstanbulda keçirilən Türk Dövlətləri Təşkilatının Koordinasiya Komitəsinin 5-ci toplantısına qatılıb.

TNS xəbər verir ki, Türk Dövlətləri Təşkilatının (TDT) Katiblik binasında keçirilən iclasda KKTC-ni Xarici İşlər Nazirliyinin müşaviri Mustafa Lakadamyalı və 3-cü katibi Batuhan Beyatlı müşahidəçi üzv qismində təmsil ediblər.

Toplantıda üzv ölkələrin xarici işlər nazirlərinin müavinləri, müşahidəçi ölkələr - Macarıstan və Türkmənistanın Türkiyədəki səfirləri, TÜRKPA-nın Baş katibi, TÜRKSOY-un Baş katibi, Türk Akademiyasının prezidenti, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, Türkiyə İnvestisiya Fondunun baş müşaviri iştirak ediblər.

Tədbirdə Türk dünyasında əməkdaşlıq mexanizmlərinin daha da gücləndirilməsi, birgə layihələr və gələcək tədqiqatlar müzakirə edilib.