Close

Türkiyənin üç rəsmi şəxsi Dəməşqə getdi

Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər və Milli Kəşfiyyat İdarəsinin rəhbəri İbrahim Kalın Suriyanın paytaxtı Dəməşqə gediblər.

TNS xəbər verir ki, bu barədə Türkiyənin “Anadolu” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, onlar Dəməşqdə bir sıra rəsmi görüşlər keçirəcəklər.

Məlumata görə, H.Fidan artıq Suriya Prezidenti Əhməd əl-Şaraa ilə görüşüb.