Ukraynanın atəşkəsə razılaşmasını müsbət addım hesab edirik

Türkiyə Ukraynanın atəşkəsə razılaşmasını müsbət addım hesab edir.
TNS xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Ukraynanın atəşkəsə razılaşmasını müsbət addım hesab edirik. Ümid edirik ki, Rusiya da konstruktiv reaksiya verəcək,” – deyə Ərdoğan bildirib.
Dövlət başçısı ədalətli, davamlı və şərəfli sülh üçün mübarizə aparan hər iki tərəfin masa arxasında olacağı möhkəm diplomatik zəminin vacibliyini ifadə edib.
Ərdoğan həmçinin bildirib ki, Türkiyə Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həll edilməsi istiqamətində müzakirələrə evsahibliyi daxil olmaqla bütün mümkün dəstəyi verməyə hazırdır.