Humanitar yardımların Qəzzaya davamlı çatdırılması regionda atəşkəs üçün şərtdir
7
22:00 - 06 Mart 2025

Humanitar yardımların Qəzzaya müntəzəm şəkildə çatdırılması regionda atəşkəsin davamlı olması üçün şərtdir.
TNS xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk həftəlik brifinqdə deyib.
O bildirib ki, İsrailin Qəzzaya humanitar yardımı dayandırması qəbuledilməzdir: "Bu, beynəlxaılq hüququn pozulmasıdır. Yaxın Şərqdə davamılı sabitlik yalnız fələstinlilərin ədalətsizliyə son qoyulması ilə mümkündür".
Qeyd edək ki, İsrail daha əvvəl Qəzzaya humanitar yardımların dayandırılmasını elan edib.