Ağır yol qəzası baş verdi, yaralılar var
40
20:40 - 03 Mart 2025

Türkiyənin Ankara şəhərində ağır yol qəzası baş verib.
TNS "NTV Haber"ə istinadən xəbər verir ki, hadisə Gölbaşı rayonunda qeydə alınıb.
Sürücünün idarəetməni itirməsi nəticəsində avtobus beton səddə çırpılıb.
Nəticədə avtobusun salonundakı 32 nəfərdən 16-sı yaralanıb. Onlardan beşinin durumu ağırdır.
Xəsarət alanlar xəstaxanaya yerləşdiriliblər.