Close

Saxta spirtli içkidən ölənlərin sayı 80-i ötdü

Türkiyənin paytaxtı Ankarada saxta spirtli içkidən ölənlərin sayı 81 nəfərə çatıb.

TNS TRT telekanalına istinadən xəbər verir ki, istintaq çərçivəsində 36 şübhəli şəxs həbs edilib.

Fevralın ortalarında saxta spirtli içkidən təxminən 60 ölüm hadisəsi qeydə alınmışdı. Paytaxt prokurorluğu araşdırmanı davam etdirir. İstintaq zamanı 36 nəfər saxlanılıb, daha 41 şübhəli şəxs isə məhkəmə nəzarətinə buraxılıb.

Yanvarda Türkiyə KİV-i məlumat vermişdi ki, İstanbulda saxta spirtli içki qəbulundan sonra təxminən 90 nəfər tibb müəssisələrinə müraciət edib, onların metanoldan zəhərləndiyi məlum olub. İstanbulda spirtli içkidən zəhərlənən 70 nəfər ölüb. Zəhərlənmə hallarının demək olar ki, hamısı əsasən Türkmənistan və Özbəkistandan olan şəxslərin yaşadığı rayonda qeydə alınıb.

Beləliklə, yanvar ayından etibarən Türkiyədə 150-dən çox insan saxta spirtli içkidən zəhərlənərək ölüb