Türkmənistan qazı Türkiyəyə çatdı - VİDEO

Türkmənistan qazının İran üzərindən Türkiyəyə mübadiləsi baş tutub.
TNS xəbər verir ki, "Haber Global" televiziya kanalında yayımlanan videosüjetdə 2025-ci ilin sonuna qədər 1.3 milyard kubmetr Türkmənistan qazının Türkiyəyə çatdırılmasının nəzərdə tutulduğu qeyd edilib.
Qeyd edək ki, Türkiyənin "BOTAŞ" və Türkmənistanın "Türkmənqaz" şirkəti arasında türkmən qazının Türkiyəyə tədarükü ilə bağlı razılıq var. Türkmənistan qazının İran üzərindən Türkiyəyə svop sxemi ilə nəqli nəzərdə tutulur.
Təbii qazın Türkiyəyə tədarükü sutkada 28 milyon kubmetr qazötürmə qabiliyyətinə malik İran-Türkiyə boru kəmərinin istifadə edilməyən gücü hesabına təmin olunacaq.