İftar üçün xoruz kəsən kişi faciəvi şəkildə öldü - FOTO
168
19:20 - 02 Mart 2025

Türkiyənin paytaxtı Ankarada bədbəxt hadisə baş verib.
TNS xəbər verir ki, bu barədə Türkiyə KİV-də məlumat yayılıb.
Məlumata görə, iftar üçün xoruz kəsərkən 58 yaşlı Nurettin Ərdəm ehtiyatsızlıqdan ayağından yaralanıb.
Qonşularının köməkliyi ilə Çubuk Halil Şıvgın Dövlət Xəstəxanasına aparılan Erdem qan itkisi səbəbindən həyatını itirib.
Qeyd olunub ki, N. Ərdəm bir ay əvvəl ümrədən gəlibmiş. O, böyrək çatışmazlığı olan və transplantasiya üçün növbədə gözləyən nəvəsinə böyrəyini vermək üçün əməliyyat olunubmuş.