Tanınmış iş adamı saxlanıldı - FOTO
32
11:28 - 02 Mart 2025

Türkiyənin ən böyük şirkətlərindən biri olan "Zorlu Holding"in icraçı direktoru Cem Köksal saxlanılıb.
TNS xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Belə ki, Cem Köksal holdinqə bağlı olan "Vestel"in baş direktoru Ergün Gülerin işçilərə Ramazan ayının başlaması ilə bağlı təbrik məktubuna sərt cavab verib.
O, şirkətin 70 illik tarixində heç bir Ramazan ayını qeyd etmədiklərini bildirib.
Məktub ictimailəşdirildikdən sonra iş adamı saxlanılıb. Onun vəzifəsindən istefa verdiyi məlumat verilib.