Məsciddə 16 nəfər zəhərləndi
7
10:00 - 02 Mart 2025

Türkiyənin paytaxtı Ankaranın Keçiören rayonunda zəhərlənmə hadisəsi olub.
TNS xəbər verir ki, bu barədə “Haber Global”da məlumat yayılıb.
Bildirilib ki, hadisə məsciddə baş verib.
İlkin məlumata görə, istilik sistemində qaz sızması nəticəsində 16 nəfər zəhərlənib. Onlar xəstəxanaya aparılıb.