Close

Ağır yol qəzası oldu: ölən və yaralananlar var - VİDEO

Türkiyədə bir neçə nəfərin ölümü və xəsarət alması ilə nəticələnən ağır yol qəzası olub.

Bu barədə TNS “Haber Global”a istinadən xəbər verir.

Məlumata görə, hadisə Hatay - Antakya Reyhanlı yolunda qeydə alınıb. Sərnişin avtobusunun park edilmiş yük maşınına çırpılması nəticəsində 6 nəfər ölüb, daha 8 nəfər yaralanıb.

Hadisə yerinə sayda təcili yardım və yanğınsöndürmə briqadası göndərilib.

Qəzanın başvermə səbəbi açıqlanmır.