Hakan Fidan Sergey Lavrovla Ukrayna məsələsini müzakirə etdi
11
17:20 - 01 Mart 2025

Türkiyə xarici işlər naziri Hakan Fidanın rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı baş tutub.
TNS-in məlumatına görə, bu barədə “Haber Global”a Türkiyə XİN-də mənbələrdən bildirilib.
Bildirilib ki, telefon danışığı zamanı iki ölkənin XİN rəhbərləri Ukrayna müharibəsində son vəziyyəti müzakirə ediblər.