Close

Hakan Fidan Ukraynaya görə Londona gedəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan Londona gedəcək.

TNS-in “Haber Global”a istinadən verdiyi xəbərə əsasən, səfərdə məqsəd Böyük Britaniyanın Baş naziri Kir Stamerin təşkil etdiyi Avropa liderlərinin görüşündə iştirak etməkdir.

Görüşdə Ukrayna mövzusunun müzakirəsi gözlənilir.

ABŞ-ə uğursuz səfərdən sonra Ukrayna Prezidenti Volodimir Zelenski də Londonda baş tutacaq müzakirələrə qatılacaq.