Close

Baxçalının ölüm xəbərini yayan sədr işdən çıxarıldı

MHP sədri Dövlət Baxçalının ölüm xəbərini yayn Gələcək Partiyası Trabzon təşkilatının sədri Həsən Kamil Vəlioğlu partiyası tərəfindən vəzifəsindən uzaqlaşdırılıb.

TNS xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, Kamil Vəlioğlu sosial media hesabında MHP sədrinin vəfat etməsi  ilə bağlı paylaşım edib.

O, paylaşımında "MHP sədri Dövlət Baxçalı bir müddət əvvəl vəfat etdi. Hələlik rəsmi açıqlama olmasa da, yaxın zamanda açıqlanacaq. Bütün MHP təşkilatlarına başsağlığı verirəm. Allah rəhmət eləsin"- deyə yazıb.

Partiyadan Trabzon təşkilatının sədrinin yalan məlumat paylaşdığı üçün vəzifəsindən uzaqlaşdırıldığı bildirilib.