Close

Türkiyə Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün platforma təqdim etməyə hazırdır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkə istənilən vaxt Ukraynadakı münaqişənin sülh yolu ilə həlli variantlarının tapılması üçün platforma təqdim etməyə hazırdır.

TNS xəbər verir ki, bunu Rusiyanın Federasiya Şurasının sədri Valentina Matviyenko bu barədə Türkiyə lideri ilə görüşündən sonra jurnalistlərə bildirib.

“Türkiyə həqiqətən də Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün səylər göstərir və buna görə mən prezidentə təşəkkür etdim. İstənilən vaxt platforma təqdim etməyə hazırdırlar”, - deyə Rusiya parlamentinin yuxarı palatasının sədri sözlərini yekunlaşdırıb.